Əhalinin banklardakı əmanətləri artıb

2021.07.15 11:37 (UTC+04:00)

Mərkəzi Bankın məlumatına görə, iyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği may ayı ərzində 282,2 milyon manat artaraq 8 milyard 635,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 45,1 faizi xarici, 54,9 faizi isə milli valyutada qoyulub. İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,05 (2,05) manata, 100 türk lirəsinə 19,71 (21,74) manata, 100 rus rubluna 2,34 (2,29) manata bərabər olub.