Əmtəəlik təbii qaz hasilatı 8,8 faiz artıb

2021.07.15 11:30 (UTC+04:00)

Azərbaycanda əmtəəlik təbii qaz istehsalı 8,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş verib.

Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,7 faiz azalıb, əmtəəlik qaz hasilatı 8,8 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,2 faiz artıb.