Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.
KOBİA-dan bildirilib ki, görüşdə “Davam” Gənclər Hərəkatının Agentliyin keçirdiyi müxtəlif tədbirlərdə və proqramlarda iştirakına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, gənclərin sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, innovativ sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, KOBİA-nın bu sahədə sahibkarlar assosiasiyaları və ictimai birliklərlə əməkdaşlıq etdiyini, birgə tədbirlərin və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
"Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı təkliflərlə çıxış edib, daha sonra fikirlərini qeyd etmələri üçün heyətin üzvlərinə söz verib. Görüşdə gənclərin biznes ideyalarının reallaşdırılmasına, onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına dair müxtəlif təkliflər səsləndirilib, bu istiqamətdə hərəkatın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.