İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.
Bu məlumatı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriblər.
Xatırladaq ki, İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları isə iyulun 8-də ödənilib.