Bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalçılarının hüquq və vəzifələri hansılardır?
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, istehsalçılar aşağıdakı hüquqlara malikdirlər:
- bu Qanunla müəyyən edilmiş hallarda dəstək mexanizmlərindən istifadə etmək;
- istehsal edilmiş elektrik enerjisini satmaq;
- elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək;
- bu Qanunla müəyyən edilmiş digər hüquqlar.
İstehsalçıların aşağıdakı vəzifələri var:
- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mütərəqqi texnologiyadan istifadə etmək;
- elektrik şəbəkəsinə qoşulma xərclərini ödəmək;
- bu Qanunla müəyyən edilmiş digər vəzifələr.
İstehsalçılar (gücü 10 MVt-dan çox olan su elektrik stansiyaları istisna olmaqla) balanslaşdırma məsuliyyətindən azaddırlar. İstehsalçılar yalnız öz razılıqları ilə balanslaşdırmaya cəlb oluna bilərlər və bundan irəli gələrək balanslaşdırma məsuliyyətini daşıyırlar.