Qlobal neft tələbatı bu il 3,1 faiz artacaq

2021.07.13 16:18 (UTC+04:00)

Cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 3 milyon barel (3,1 faiz) artaraq gündəlik 99 milyon 500 min barel olacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, il ərzində sutkalıq tələbatın 37 milyon 200 min bareli Asiya-Sakit Okean bölgəsində, 31 milyon 200 min bareli Amerika qitəsində, 14 milyon bareli isə Avropada formalaşacaq.