Yeni bank hesabının açılması üçün vergi ödəyicisi vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” ilə müraciət etməlidir. Vergi orqanı isə bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergiödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür. Bu barədə ətraflı məlumatı portalın “Xidmətlər” bölməsindən, eyni zamanda, İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə etmək mümkündür.
Həmçinin bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.