İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.
Bu məlumatı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriblər.
Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları iyulun 8-də ödənilib.