İndiyədək sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub

2021.07.12 14:49 (UTC+04:00)

Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında 2021-ci ilin birinci yarısında 824 milyon manatlıq - ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, ümumilikdə, indiyədək sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib.