Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel və ya 1 milyard ton olub.
Bu barədə BP şirkətinin hesabatında deyilir.
Hesabata görə, qlobal miqyasda təsdiq olunmuş neft ehtiyatlarının 0,4 faizi Azərbaycanın payına düşüb. 2020-ci ildə ölkəmizdə neft hasilatı sutkada 716 min barel təşkil edib. Belə ki, keçən il ölkəmizin ümumi neft hasilatı 35,1 milyon ton olub.