2020-ci ildə qlobal bərpaolunan enerji həcmi 9,7 faiz artıb

2021.07.10 12:31 (UTC+04:00)

Bioenerjini də əhatə edən qlobal bərpaolunan enerji tutumu 2020-ci ildə 9,7 faiz artıb.

Bu barədə BP-nin hesabatında deyilir.

Hesabata görə, bu nisbət son 10 ilin orta göstəricisi olan 13,4 faizdən aşağı olsa da, mövcud şərtlərə görə proqnozdan artıq artım qeydə alınıb. Pandemiyanın təsiri ilə 2020-ci ildə vahid enerji istehlakı müqabilində atmosferə buraxılan karbon emissiyasının həcmində 1,8 faiz azalma olub.

BP-nin baş icraçı direktoru Bernard Luni deyib: “İqtisadiyyatın yenidən canlanması və məhdudiyyətlərin başa çatması ilə karbon emissiyalarında azalmanın qısamüddətli olacağına dair proqnozlar var. Əsas məsələ gündəlik həyatda fasilələr olmadan karbon emissiyalarında davamlı azalmanı təmin etməkdir”.