Qeyri-neft sektorunun ixrac potensialı sürətlə artır. 2021-ci ilin 6 ayında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artaraq 1 milyard 162,4 milyon dolları ötüb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının ixracında 40,1 faizlik artıma nail olunub. Ümumilikdə, ilin birinci yarısında ixracın artımı 14,8 faiz təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerləri-nin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir.