Cari ildə qlobal neft istehlakı gündəlik 97,6 milyon barel olacaq

2021.07.08 17:45 (UTC+04:00)

Cari ildə qlobal neft tələbatı keçən illə müqayisədə 5,3 milyon barel artaraq gündəlik 97 milyon 600 min barel olacaq.

Bu proqnozla Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.

EIA-ya görə, 2022-ci ildə isə neft tələbatı sutkada 101 milyon 400 min barelə yüksələcək.