Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumda 2500 sahibkar iştirak edəcək

2021.07.08 15:11 (UTC+04:00)

Cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Biznes Forumda (IBF) 2500-dək iş adamını bir araya gətirməyi planlaşdırırıq.

Bu sözləri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Abdurrahman Uzun jurnalistlərə açıqlamasında deyib.

“Bu forum 2 ildən bir keçirilir. İki il əvvəl forum Bosniya və Herseqovinada baş tutub”, - deyə A.Uzun əlavə edib.