İyun ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 19,7 min nəfər artıb

2021.07.08 10:55 (UTC+04:00)

Cari ilin iyun ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 19,7 min nəfər və ya 0,44 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2021-ci ilin 1 iyul tarixinə uçota alınmış sığortaolunanların sayı 4,48 milyon nəfər təşkil edib.

Qeyd edək ki, may ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 10,4 min nəfər və ya 0,23 faiz artıb. 1 iyun tarixinə uçota alınmış sığortaolunanların sayı 4,46 milyon nəfərə çatmışdı.