Sahibkarlığın İnkişafı Fondundan ayrılan güzəştli kreditlərin 95,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 770-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.