Cari ilin yanvar-iyun aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 175,5 milyon manat və ya 10,6 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 milyon manat və ya 1,6 faiz, qeyri-büdcə təşkilatlarında isə 123,4 milyon manat və ya 11,9 faiz artım qeydə alınıb.