2021-ci ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 175,5 milyon manat və ya 10,6 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 milyon manat və ya 1,6 faiz artım qeydə alınıb. Qeyri-büdcə təşkilatlarında isə artım göstəricisi 123,4 milyon manat və ya 11,9 faiz təşkil edib.