Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.07.06 16:53 (UTC+04:00)

İyulun 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105021882 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99.0762 AZN (6.5 faiz) və 101.2175 AZN (5.35 faiz) olan 19 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 milyon AZN (6 faiz), orta ölçülmüş qiyməti 100.1608 AZN (5.9135 faiz) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77 milyon 666 min 700 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2023-cü il iyulun 4-də ödəniləcək.

Hərrac iştirakçıları iyulun 7-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.