Böyük Britaniyanın mənzil sektorunda son 24 ildə ən güclü böyümə qeydə alınıb

2021.07.07 18:31 (UTC+04:00)

Böyük Britaniyada bu il sentyabr ayının sonuna qədər qüvvədə olacaq əmlak əməliyyatlarının vergidən azad edilməsi epidemiya dönəmində mənzil sektorunun canlanmasına səbəb olub. Vergi güzəşti dəyəri 500 min funt sterlinq olan bir mənzildə təxminən 15 min funt sterlinq fərq yaradır.

Mənzil-kredit qurumu olan “Nationwide”nin məlumatına görə, ölkədə mənzillərin qiyməti 2021-ci ilin may ayında illik hesabla 10,9 faiz artımla son yeddi ilin ən yüksək göstəricisini nümayiş etdirmişdi.

Araşdırmalar göstərir ki, ölkənin inşaat sektorunda satınalmanın idarə edilməsi indeksi (PMI) 2021-ci ilin iyun ayında 66,3 faiz səviyyəsinə yüksəlib. Bununla da Böyük Britaniyanın inşaat sektoru PMI göstəricisi üzrə 1997-ci ilin iyun ayından bəri ən güclü yüksəlişini qeyd edib.