“AzerGold” QSC-nin istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində intensiv iş aparılır.
Bu barədə “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov qeyd edib ki, məqsəd zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə verməkdir. Mərkəzdə ilk dəfə QSC-nin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək.