Bugünkü valyuta hərracında tələb 55,1 milyon dollar olub

2021.07.06 13:15 (UTC+04:00)

İyulun 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 55,1 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.