Beş ildə “AzerGold” dövlət büdcəsinə 55,5 milyon manatdan çox vergi və rüsumlar ödəyib

2021.07.06 13:01 (UTC+04:00)

“AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib.

Bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

“Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayrılıb. Bu 5 ildə dövlət büdcəsinə 55,5 milyon manatdan çox məbləğdə vergi və rüsumlar ödənilib, - deyə Z.İbrahimov bildirib.