Bu ilin birinci yarısında Azərbaycanın ixracının dəyəri 8,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb.