Avropa İttifaqı aviasiya yanacağına yeni vergi tətbiq etməyi planlaşdırıb

2021.07.06 18:03 (UTC+04:00)

Hazırda Avropa İttifaqında (Aİ) aviasiya şirkətlərindən yanacağa görə vergi tutulmur. Aİ Komissiyasına istinadla verilən xəbərdə bildirilir ki, “bu siyasət hazırkı iqlim problemləri və Avropa ölkələri rəhbərlərinin atmosferə tullantıların azaldılması istiqamətində göstərdiyi səylərə uyğun deyil. Bunu nəzərə alaraq Avropa Komissiyası iyulun 14-də Aİ hüdudları daxilində uçuşlar üçün işlədilən aviasiya yanacağına vergi tətbiq etmək barədə təklif irəli sürmək niyyətindədir. Yeni vergi hirdogen və ya bioloji yanacağa aid edilməyəcək. Bununla aviaşirətlərin ekoloji baxımdan daha əlverişli yanacaq növlərinə keçməsi təşviq olunacaq.

Aİ Komissiyası yeni vergini 2023-cü ildən minimal dərəcə ilə tətbiq etməyi planlaşdırır. Növbəti 10 il ərzində aviasiya yanacağına tətbiq edilən verginin dərəcəsi 0 faizdən nəzərdə tutulan səviyyəyə qədər qaldırılacaq. Ona görə də hələlik minimal vergi dərəcəsinin nə qədər olacağı barədə konkret rəqəm göstərilmir.

Yeni vergi hava yükdaşımalarını və biznes aviasiyasını əhatə etməyəcək, Aİ-nin 27 üzvü tərəfindən qəbul ediləcəyi halda yalnız müntəzəm sərnişin reyslərinə aid olacaq.