Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar iyulun 8-də ödəniləcək

2021.07.06 11:06 (UTC+04:00)

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bu qərar güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılara şamil olunmayacaq.