Bu ilin yanvar-iyun ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə ixracın dəyəri 1 milyard 162,4 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artıb.
Azərbaycanda həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azaldılıb və ixracda dinamik artıma nail olunub. Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 49 faiz artıb.