2021-ci ildə qlobal təbii qaz tələbatının 3,6 faiz artacağı gözlənilir.
Bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.
Agentliyin proqnozuna görə, 2024-cü ilədək tələbatın 2019-cu illə müqayisədə təxminən 7 faiz artacağı nəzərdə tutulur. 2024-cü ilədək orta illik 3,4 faiz artımla istehlakın əsas hərəkətvericisinin sənaye sektoru olacağı gözlənilir.
Pandemiya səbəbindən 2020-ci ildə isə təbii qaza tələbatı təxminən 1,9 faiz və ya 75 milyard kubmetr azalıb.