Cari ilin iyun ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artaraq 225,4 manatdan 256,4 manata çatıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artım deməkdir.