KOB-ların maliyyələşdirilməsinə dair “Roseksimbank”la əməkdaşlıq imkanları müzakirə edilib

2021.07.03 12:20 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan “Roseksimbank” ASC-nin rəhbəri Azər Talıbovla görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə bu ilin iyun ayında keçirilmiş 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində aparılmış müzakirələrin davamı olaraq KOB-ların maliyyə resurslarına çıxışına və bu sahədə bankla əməkdaşlıq imkanlarına, eləcə də ticarət sahəsində KOB-ların maliyyələşdirilməsinə və bankın təklif etdiyi maliyyə alətlərinə dair fikir mübadiləsi aparılıb.

“Roseksimbank”ın ölkəmizdə maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu da görüşdə diqqətə çatdırılıb.