Azərbaycan neftinin qiyməti bahalaşır.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 77,49 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2019-cu ilin aprelindən bəri ilk dəfə 77,4 dolları keçib.
Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.