Avropa İttifaqı "xəbərçiləri" qoruyacaq

2019.03.12 19:22 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) qanunlarının pozulması barədə dövlətə məlumat verən xəbərçilərin hüquqlarının üzv ölkələrin hamısında qorunmasını nəzərdə tutan tənzimləyici akt qəbul etmək barədə razılığa gəlib. Aİ Komissiyasının məlumatında bildirilir ki, razılaşmaya əsasən, vergidən yayınma, korrupsiya, ictimai təhlükəsizlik kimi sahələrdə hüququnun pozulduğu barədə məlumat verən şəxslərin İttifaq miqyasında qorunması təmin ediləcək. Təşkilatlarda və ya şirkətlərdə qanun pozuntuları ilə bağlı məlumatları sızdıranlar üçün etibarlı kanallar yaradılacaq. Əldə edilmiş razılaşmanın qanun qüvvəsi alması üçün Aİ Şurası və Avropa Parlamentinin bunu rəsmi şəkildə təsdiqləməsi tələb olunur.