Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 76,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 75,16 dollar olub.