Azərbaycan qanunvericiliyinə əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri belə müəyyənləşdirilmişdir:
- bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat;
- kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün - 3 manat;
- digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat.
Əsaslandırma: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-20.3-cü maddələri.