Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

2021.07.01 20:09 (UTC+04:00)

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.