Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu illik toplantısında pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı barədə müzakirələr apardıq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, EBRD-nin “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində müəyyən edilmiş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və EBRD arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır.