Bakıda ümumi inşaat işlərinin 89,3 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

2021.07.01 17:00 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 20,2 faizini isə digər tikinti işləri təşkil edib.

Bakı Statistika İdarəsindən verilən məlumata görə, ümumi inşaat işlərinin 89,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.