“Bir Pəncərə” Mərkəzi ilə iyunda 22 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2021.07.01 15:34 (UTC+04:00)

İyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22 milyon ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir ki, 2017-ci ildən cari ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 575 milyon dollar olub.