Mayda “Azexport.az” portalına 30,1 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2021.07.01 15:13 (UTC+04:00)

May ayında “Azexport.az” portalına 30,1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir ki, yanvar-may aylarında isə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 194,3 milyon dollar təşkil edib.

Cari ilin mayında “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və sair mallara daxil olub.
2017-ci ilin yanvar ayından bu il mayın 31-dək (53 ay ərzində) “Azexport.az” portalına 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 390 milyon dollar təşkil edib.