Qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı şirkətlər açıqlanıb

2021.07.01 14:07 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında dövlətə məxsus aparıcı şirkətlərin adlarını açıqlayıb.

İİTKM-in “İxrac İcmalı”nın iyun sayında bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.

Siyahıda növbəti yerlərdə “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, "Caspian Geo" MMC və “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC qərarlaşıb.