ABŞ-ın keçmiş prezidentinin şirkətlərinə qarşı məhkəmədə cinayət işi açılıb

2021.07.02 13:05 (UTC+04:00)

Nyu-York prokurorluğu tərəfindən aparılan iki illik təhqiqat nəticəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın şirkətlərinin və şirkətlərin baş mühasibinin cəzalandırılması üçün jürinin qərarı ilə cinayət işinin açıldığı rəsmən elan olunub.

D.Trampın vəkili məhkəmədəki ilk dinləmələrin Trampı əhatə etməyəcəyini bilidirib.

Qeyd edək ki, bu ilin fevral ayında ABŞ Ali Məhkəməsi Manhetten prokurorluğunun səkkiz illik vergi qeydlərinin və aidiyyəti sənədlərin əldə edilməsi ilə bağlı qərar vermişdi.

Nyu-York Baş Prokurorluğu may ayında D.Trampın şirkətlərinə qarşı inzibati təhqiqatın cinayət tərkibli işə çevrildiyini bəyan etmiş, iki il davam edən təhqiqat çərçivəsində əldə edilmiş dəlillərə əsasən, məhkəmə işinin açılıb-açılmamasına qərar vermək üçün jüri təşkil edildiyini bildirmişdi.