Bu il qeyri-neft sektoruna aid ən çox məhsul Rusiyaya ixrac edilib

2021.07.01 12:58 (UTC+04:00)

Cari ilin yanvar-may ayları ərzində Azərbaycandan qeyri-neft sektoruna aid ən çox məhsul Rusiyaya ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir ki, beş ayda Rusiyaya 279,5 milyon dollar, Türkiyəyə 255 milyon dollar, İsveçrəyə 91,1 milyon dollar, Gürcüstana 69,1 milyon dollar və ABŞ-a 29,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib.