Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracının dəyəri 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və ya 25,4 faiz artıb.