KOBİA-da Türkiyə səfirliyinin ticarət müşavirləri ilə müzakirələr aparılıb

2021.06.30 18:51 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşavirləri Yakup Səfər, Əhməd Erdal və Eser Çengel Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində uğurla davam etdiyi, bu sahədə hər iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinə və bu sahədə iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.