Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi "Karabakh.Center" (www.karabakh.center) layihəsi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Qarabağın dirçəlişi istiqamətində müəyyənləşdirilmiş milli prioritetlər regionun yüksək rifahını təmin edəcək. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı məqsədilə maarifləndirmə işinin aparılması olduqca əhəmiyyətlidir”, - deyə nazir qeyd edib.