Daha 9 dövlət əmlakı özəlləşdirilib

2021.06.30 16:08 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən iyunun 29-da təşkil olunmuş növbəti hərracda 9 dövlət əmlakı özəlləşdirilib.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, bunlardan biri səhmdar cəmiyyətin dövlətə məxsus səhm paketi, 8-i isə nəqliyyat vasitəsidir. Hərracda Bərdə rayonunda “Bərdə Kərpic” ASC-nin dövlətə məxsus səhm paketi satılıb. Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz (https://bit.ly/3A7F6Fn).

Keçiriləcək özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin rəsmi saytında (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalında (“privatization.az”) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə, hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.