İyunun 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102590S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76 faiz) olan 31 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 830 milyon 461 min 200 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar iyulun 28-də ödəniləcək.