2021-ci ilin yanvar-may aylarında vergi daxilolmaları, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalar sahəsində əldə olunan nəticələr

2021.06.30 12:44 (UTC+04:00)

Vergi daxilolmaları proqnozları üstələyib

2021-ci ilin yanvar-may aylarında vergi daxilolmaları 3.810,6 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb. Daxilolmalar üzrə 5 aylıq proqnoz 127,1% səviyyəsində icra olunub, proqnozdan əlavə 812,9 mln. manat vəsait daxil olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz sektoru üzrə vergi daxilolmaları 2.754,0 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar üzrə 5 aylıq proqnoz 120,7% səviyyəsində icra olunub, büdcəyə proqnozdan əlavə 471,8 mln. manat vəsait daxil olub.

Vergi daxilolmalarının əsas hissəsi qeyri-neft-qaz sektorunun payına düşür

2021-ci ilin 5 ayında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,3 faiz olub. Vergi daxilolmalarının 27,7 faizi neft-qaz sektorunun payına düşüb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1.530,7 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb. 5 aylıq proqnoz 111,0% səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6% artıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

2021-ci ilin yanvar-may aylarında işsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 52,4 mln. manat təşkil edib, 5 aylıq proqnoz 109,6% səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% artıb.