Ötən ay 317,4 kiloqram qızıl istehsal edilib

2021.06.30 12:16 (UTC+04:00)

May ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 317,4 kiloqramı qızılın payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici əvvəlki ayla müqayisədə 19,7 kiloqram çox olub.

İyunun 1-nə olan vəziyyətə əsasən, 319,6 kiloqram hazır qızıl ehtiyatı var.