Cənubi Koreyada 47 milyon dollar dəyərində kriptovalyuta vergidən yayındırıldığına görə müsadirə edilib

2021.07.06 14:11 (UTC+04:00)

Cənubi Koreya hökuməti vergidən yayındığını əsas gətirərək 12 min vətəndaşın aktivlərini müsadirə edib. “Finnacial Times” qəzetinin yazdığına görə, ümumilkdə 53 milyard von (47 milyard dollar) dəyərində bitkoin, efir və digər kriptovalyutalar müsadirə olunub.

Bu tədbirə kriptovalyutaların köməyi ilə vergidən yayınma halları ilə bağlı bir neçə ay davam edən təhqiqat nəticəsində əl atılıb. Kriptovalyutası müsadirə olunmuş şəxslər arasında ölkənin məşhur televiziya aparıcısı və 30 daşınmaz əmlaka sahib bir sahibkar da var.

Qeyd olunmalıdır ki, bu əməliyyat Cənubi Koreyada vergidən yayınma ilə mübarizə çərçivəsində ən böyük həcmdə valyuta müsadirəsi sayılır.

Hökumət kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsi istiqamətində başqa tədbirlər də görür. Sentyabr ayına qədər burada fəaliyyət göstərən kriptovalyuta birjalarının hamısı yerli maliyyə tənzimləyicisində qeydiyyata alınmalıdır.